Almaniyanın “Bavariya” futbol klubunun hücumçusu Luis Dias 2026-cı il “Qızıl top” mükafatına əsas namizədini açıqlayıb.
İdman.Biz xəbər verir ki, kolumbiyalı futbolçu ESPN-ə müsahibəsində komanda yoldaşı Harri Keyni dünyanın ən yaxşı futbolçusu adlandırıb.
“Şübhəsiz, o, dünyanın ən yaxşısıdır. Bunu ötən mövsüm boyu sübut etdi və uzun müddətdir göstərir. Hər şeyi bacarır. Komanda yoldaşlarını oyuna qoşur, qaçır, müdafiə olunur, qollar vurur və uzaq məsafədən də fərqlənə bilir. Mentaliteti inanılmazdır”, - Dias bildirib.
29 yaşlı futbolçu Keyni “Qızıl top”un əsas namizədlərindən biri hesab etdiyini vurğulayıb və onun mükafatı qazanmasını arzuladığını deyib.
Diasın özü də ötən mövsüm “Bavariya”nın heyətində yüksək məhsuldarlıq göstərib. O, bütün turnirlərdə keçirdiyi 51 oyunda 26 qol vurub və 19 məhsuldar ötürmə edib.
