UEFA “Fənərbağça”nın iki futbolçusu ilə bağlı araşdırmaya başladı

3 Sentyabr 2026 13:41
103
UEFA “Fənərbağça”nın iki futbolçusu ilə bağlı araşdırmaya başladı

UEFA Türkiyənin “Fənərbağça” futbol klubu və komandanın iki oyunçusu - Matteo Genduzi ilə Meyson Qrinvud barəsində intizam araşdırmasına başlayıb.

İdman.Biz xəbər verir ki, proses Çempionlar Liqasının pley-off mərhələsində “Lion”la keçirilən cavab oyunundan sonra başlanıb. İstanbul klubu UEFA-dan bununla bağlı rəsmi bildiriş aldığını açıqlayıb.

“Fənərbağça”nın bəyanatında klubun və futbolçuların hüquq və maraqlarının qorunması üçün UEFA-nın müvafiq qurumlarına tələb olunan məlumat, sənəd və müdafiə materiallarının təqdim ediləcəyi bildirilib. Araşdırmanın konkret hansı maddələr üzrə aparıldığı isə açıqlanmayıb.

Xatırladaq ki, cavab qarşılaşmasının sonlarında və final fitindən sonra meydanda gərginlik yaşanıb. Xüsusilə Genduzi rəqib azarkeşlərə yönəlmiş hərəkətləri və təxribat xarakterli jestləri ilə diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, ilk oyunda “Lion”la 1:1 hesablı heç-heçə edən “Fənərbağça” cavab görüşündə rəqibini səfərdə 2:1 məğlub edərək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

İdman.Biz