Derbinin beşinci saniyəsində Neymardan şou - VİDEO

3 Sentyabr 2026 13:05
113
Derbinin beşinci saniyəsində Neymardan şou - VİDEO

Braziliya Kubokunun 1/4 final mərhələsində keçirilən “Santos” - “Palmeyras” derbisi sərt epizodla başlayıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın beşinci saniyəsində “Palmeyras”ın futbolçusu Felipe Anderson Neymara kobud müdaxilə edib. Hakim epizoddan dərhal sonra Andersona sarı vərəqə göstərib.

Toxunuşdan sonra Neymarın stadiondakı hərəkətləri onun oyunu davam etdirə biləməyəcəyi görüntüsü yaratsa da, həkim müdaxiləsi olmadan çox qısa müddət sonra hücumçu ayağa qalxaraq onu yıxan oyunçuya yaxınlaşıb və onun da ayağa qalxmasına kömək edib. Amma buna baxmayaraq, birinci hissənin sonlarına yaxın sağ bud nahiyəsində narahatlıq yaşayan 34 yaşlı futbolçu fasilədə əvəzlənib.

Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. İlk oyunda 3:0 hesabı ilə qalib gələn “Palmeyras” iki görüşün nəticəsinə əsasən yarımfinala yüksəlib.

İdman.Biz