Argentina futbol millisində karyerasını başa vuran Lionel Messi sosial şəbəkədə maraqlı reklam videosu paylaşıb.
İdman.Biz xəbər verir ki, 39 yaşlı futbolçunun yayımladığı “Michelob ULTRA” reklamında onun Argentina millisində qazandığı uğurlar bar çekinə bənzər formada təqdim olunub. Videonun sonunda isə “GOAT debate - SETTLED” ifadəsi yer alıb. Bu ifadə “tarixin ən yaxşı futbolçusunun kim olması ilə bağlı mübahisə bağlandı” mənasını verir.
Reklamda Messinin milli komanda ilə qazandığı titullar və karyerasının əsas məqamları sadalanır. Son mesaj isə sosial şəbəkələrdə argentinalının Kriştianu Ronaldu ilə uzun illər davam edən “GOAT” mübahisəsinə eyhamı kimi qəbul edilib.
Qeyd edək ki, Messi avqustun 31-də Argentina millisində karyerasını başa vurduğunu açıqlayıb.
