“Trabzonspor” Rişarlison üçün “Tottenhem”i razı salmağa çalışır

3 Sentyabr 2026 07:34
115
“Trabzonspor” Rişarlison üçün “Tottenhem”i razı salmağa çalışır

İngiltərənin “Tottenhem” futbol klubunun hücumçusu Rişarlison karyerasını “Trabzonspor”da davam etdirməyə razılıq verib.

İdman.Biz insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Türkiyə klubu 29 yaşlı braziliyalı futbolçu ilə şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb.

Rişarlison “Trabzonspor”da “Tottenhem”də qazandığından üç dəfə çox maaş alacaq.

Lakin klublar arasında transferlə bağlı hələlik razılıq əldə olunmayıb. “Tottenhem” Türkiyə təmsilçisinin 15 və 20 milyon funt sterlinqlik iki təklifini rədd edib. “Trabzonspor”un yaxın vaxtlarda məbləği artıracağı gözlənilir.

Qeyd edək ki, Rişarlison 2022-ci ildən “Tottenhem”də çıxış edir. O, həmin il “Everton”dan London klubuna transfer olunub. Braziliyalı hücumçunun müqaviləsi 2027-ci ilin yayına qədərdir.

İdman.Biz