FİFA-dan Türkiyə klubuna ağır zərbə: “Adana Demirspor”un 24 xalı silindi

2 Sentyabr 2026 20:19
104
FİFA-dan Türkiyə klubuna ağır zərbə: “Adana Demirspor”un 24 xalı silindi

FIFA-nın İntizam Komitəsi Türkiyənin İkinci Liqa təmsilçisi “Adana Demirspor”la bağlı sərt cəza qərarı çıxarıb.

İdman.Biz Türkiyə Futbol Federasiyasına istinadən xəbər verir ki, FIFA klubla bağlı aparılan 4 ayrı intizam işi üzrə müvafiq sanksiya tətbiq edib. Qərara görə, Adana təmsilçisinin aktivindən ümumilikdə 24 xal silinib.

Bu qərardan sonra komanda 2026/2027 mövsümünə böyük mənfi 24 xalla başlamaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, Türkiyəni avrokuboklarda da təmsil edən “Adana Demirspor” son dövrlər maliyyə və inzibati problemlər yaşayır.

İdman.Biz