İtaliyanın “İnter” futbol klubu idman direktoru Piero Ausilio ilə yollarını ayıracaq.
İdman.Biz insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, tərəflər əməkdaşlığa qarşılıqlı razılaşma əsasında xitam vermək qərarına gəliblər. Qərar artıq qəbul olunub və təsdiqlənib.
51 yaşlı funksionerin karyerasını İngiltərədə davam etdirməsi mümkündür. Bir neçə Premyer Liqa klubunun Ausilioya maraq göstərdiyi bildirilir.
Qeyd edək ki, Piero Ausilio 2014-cü ildən “İnter”də idman direktoru vəzifəsində çalışır. Onun Milan klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
“İnter” A Seriyasında yeni mövsümə uğurlu başlayıb. Komanda ilk iki turda iki qələbə qazanaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
