“Qızıl top” mükafatının təşkilatçıları 2026-cı il üzrə namizədlərin açıqlanacağı tarixi elan ediblər.
İdman.Biz xəbər verir ki, namizədlərin adları sentyabrın 8-də məlum olacaq. Mükafatların təqdimetmə mərasimi isə oktyabrın 26-da Londonda keçiriləcək.
Kişilər arasında əsas “Qızıl top” nominasiyasında 30 futbolçu yer alacaq. Qadınlar arasında da mükafat üçün 30 namizəd müəyyənləşəcək.
Kişilər arasında ilin ən yaxşı gənc futbolçusu mükafatına 10, qadınlar arasında isə 5 oyunçu namizəd olacaq. Ən yaxşı qapıçı nominasiyasında 10 kişi və 5 qadın futbolçu təqdim ediləcək.
Kişi və qadın futbolunda ilin ən yaxşı məşqçisi adına 5 mütəxəssis namizəd göstəriləcək.
Kişilər arasında ilin ən yaxşı hücumçusu mükafatına 10 futbolçu, qadınlar arasında isə 5 oyunçu namizəd olacaq. Bundan əlavə, ilin ən yaxşı kişi və qadın klubu adına 5 komanda iddia edəcək.
Nominasiyaların siyahısı:
“Qızıl top” – kişilər arasında 30 namizəd;
“Qızıl top” – qadınlar arasında 30 namizəd;
Kişilər arasında ilin ən yaxşı gənc futbolçusu – 10 namizəd;
Qadınlar arasında ilin ən yaxşı gənc futbolçusu – 5 namizəd;
Kişilər arasında ilin ən yaxşı qapıçısı – 10 namizəd;
Qadınlar arasında ilin ən yaxşı qapıçısı – 5 namizəd;
Kişilər arasında ilin ən yaxşı məşqçisi – 5 namizəd;
Qadınlar arasında ilin ən yaxşı məşqçisi – 5 namizəd;
Kişilər arasında ilin ən yaxşı hücumçusu – 10 namizəd;
Qadınlar arasında ilin ən yaxşı hücumçusu – 5 namizəd;
İlin ən yaxşı kişi klubu – 5 namizəd;
İlin ən yaxşı qadın klubu – 5 namizəd.
“Qızıl top” “France Football” jurnalının hər il təqdim etdiyi mükafatdır. Hazırkı qalib “PSJ”nin hücumçusu Usman Dembeledir.
