“Mançester Siti” Braziliyanın “Palmeyras” klubunun vingeri Allan Eliası transfer edib.
İdman.Biz BBC SPORT-a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 22 yaşlı futbolçu üçün ilkin olaraq 32 milyon funt-sterlinq (təxminən 74 milyon manat) ödəyib. Bonuslarla birlikdə transferin ümumi məbləği 34,2 milyon funt-sterlinqə (təxminən 79 milyon manat) çata bilər.
Allan Elias “Mançester Siti” ilə 5 illik müqavilə imzalayıb. O, “Tottenhem”ə 75 milyon funt-sterlinqə (təxminən 173 milyon manat) transfer olunan həmyerlisi Savionu əvəz edəcək.
Sağ cinahda çıxış edən Allan “Palmeyras”ın yetirməsidir. O, Braziliya çempionatında klubun əsas komandasında bütün turnirlər üzrə 96 oyunda 9 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Mançester Siti” cari yay transfer pəncərəsində 230 milyon funt-sterlinqdən (təxminən 529 milyon manat) çox vəsait xərcləyib.
