“Malaqa”nın baş məşqçisi: “Real”ın oyunçularına qarşı nəfəs almaq da qayda pozuntusudur”

31 Avqust 2026 02:21
130
“Malaqa”nın baş məşqçisi: “Real”ın oyunçularına qarşı nəfəs almaq da qayda pozuntusudur”

La Liqanın üçüncü turunda “Real Madrid”ə 0:4 hesabı ilə məğlub olan “Malaqa”da baş məşqçi Xuan Funes qarşılaşmadan sonra hakim idarəçiliyinə etiraz edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis mətbuat konfransında bəzi epizodlarda komandalar arasında fərqli yanaşma olduğunu düşündüyünü bildirib.

“Elə bir təəssürat yaranır ki, “Real”ın futbolçusuna bir az toxunsan və ya sadəcə üstünə nəfəs alsan, bu artıq fol sayılır. Biz isə bir qayda pozuntusu qazanmaq üçün qan tökməliyik”, - deyə Funes bildirib.

“Malaqa” “Santyaqo Bernabeu” stadionunda keçirilən görüşdə rəqibinə 0:4 hesabı ilə uduzub.

İdman.Biz