“Əl-Hilal” Uotkins transferini rəsmiləşdirdi

31 Avqust 2026 00:05
73
“Əl-Hilal” Uotkins transferini rəsmiləşdirdi

İngiltərənin “Aston Villa” komandasının hücumçusu Ollie Uotkins karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

İdman.Biz xəbər verir ki, 30 yaşlı futbolçu “Əl-Hilal”a keçib. Tərəflər arasında üç illik müqavilə imzalanıb.

Klub transferin maliyyə detallarını açıqlamayıb. Britaniya mediasının məlumatına görə, “Əl-Hilal” keçid üçün “Aston Villa”ya təxminən 51 milyon funt sterlinq (115 milyon AZN) ödəyib.

Uotkins 2020-ci ildən “Aston Villa”nın formasını geyinirdi. İngiltərə millisinin üzvü bu müddətdə klubun Premyer Liqa tarixində ən məhsuldar futbolçusuna çevrilib.

Qeyd edək ki, hücumçu yeni komandasına artıq qoşulub və “Əl-Əhli” ilə qarşıdakı çempionat oyununa hazırlıq prosesində iştirak edəcək.

İdman.Biz