La Liqa: “Real”dan darmadağın, “Atletik” və “Deportivo”dan asan keçid - YENİLƏNİB + VİDEO

31 Avqust 2026 01:38
801
La Liqa: “Real”dan darmadağın, “Atletik” və “Deportivo”dan asan keçid - YENİLƏNİB + VİDEO

İspaniya La Liqasının üçüncü turunda “Selta” doğma meydanda “Atletik”lə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, “Abanka Balaidos” stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesab 20-ci dəqiqədə açılıb. Aleks Berenqer dəqiq zərbə ilə “Atletik”i önə keçirib. Cəmi iki dəqiqə sonra Robert Navarro fərqi iki topa çatdırıb.

Qalan dəqiqələrdə hesab dəyişməyib və Bilbao klubu səfərdən üç xalla ayrılıb.

Bu nəticədən sonra “Atletik” üç xalla 12-ci pillədə qərarlaşıb. “Selta” isə bir xalla 16-cı yerdədir.

Növbəti turda “Atletik” sentyabrın 5-də doğma meydanda Madrid “Atletiko”sunu qəbul edəcək. “Selta” isə sentyabrın 7-də səfərdə “Xetafe” ilə qarşılaşacaq.

23:36

İspaniya La Liqasının üçüncü turunda “Deportivo” “Valensiya” üzərində qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, “Abanka-Riasor” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı üstünlüyü ilə başa çatıb.

Hesab 13-cü dəqiqədə açılıb. “Valensiya”nın müdafiəçisi Sezar Tarreqa topu öz qapısından keçirib. Cəmi dörd dəqiqə sonra Pyer-Emerik Obameyanq fərqi iki topa çatdırıb.

26-cı dəqiqədə Umar Sadik qonaqların ümidlərini artırıb. Lakin 59-cu dəqiqədə Muxtar Diakabi də avtoqol müəllifi olub və yekun hesabı müəyyənləşdirib – 3:1.

Bu nəticədən sonra “Deportivo” beş xalla yeddinci, “Valensiya” isə 1 xalla 16-cı pillədə qərarlaşıb.

Növbəti turda “Deportivo” sentyabrın 5-də səfərdə “Vilyarreal”la, “Valensiya” isə bir gün sonra doğma meydanda “Barselona” ilə qarşılaşacaq.

21:09

İspaniya La Liqasının üçüncü turunda “Real” doğma meydanda “Malaqa” üzərində böyükhesablı qələbəyə sevinib.

İdman.Biz xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşma Madrid klubunun 4:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Hesab 19-cu dəqiqədə açılıb. Cud Bellinqem qonaqların qapısına yol tapıb. 26-cı dəqiqədə “Malaqa”nın qapıçısı Alfonso Errero avtoqol müəllifi olub.

Dörd dəqiqə sonra Kilian Mbappe fərqi üç topa çatdırıb. Matçda son nöqtəni isə 90+1-ci dəqiqədə Arda Güler qoyub – 4:0.

Bu nəticədən sonra “Real” üç oyunda maksimum nəticə göstərərək 9 xalla turnir cədvəlinə başçılıq edir. “Malaqa” isə 1 xalla 19-cu pillədə qərarlaşıb.

Növbəti turda “Real” sentyabrın 4-də “Betis”lə, “Malaqa” isə sentyabrın 6-da “Levante” ilə qarşılaşacaq.

İdman.Biz