İspaniyanın “Barselona” futbol klubu ilə “Real Sosyedad” müdafiəçi Ektor Fortun transferi ilə bağlı razılığa gəldiklərini rəsmən açıqlayıblar.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, “Barselona”nın yetirməsi karyerasını İspaniya çempionatında davam etdirəcək.
Razılaşmaya əsasən, Kataloniya klubu futbolçunu gələcəkdə geri almaq üçün üstünlük hüququnu özündə saxlayıb. Həmçinin “Barselona” Hektor Fortun gələcəkdə başqa kluba satışı zamanı əldə olunacaq məbləğin müəyyən faizini alacaq.
Qeyd edək ki, gənc müdafiəçi ötən mövsümü icarə əsasında “Elçe”də keçirib. O, La Liqada 14 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
