Safonov məşqçi ilə toqquşmasını belə şərh etdi

29 Avqust 2026 07:28
72
Safonov məşqçi ilə toqquşmasını belə şərh etdi

Fransanın PSJ futbol klubunun qapıçısı Matvey Safonov Liqa 1-in ikinci turunda “Lill”lə matçdan əvvəl məşqçi ilə yaşadığı toqquşmanı şərh edib.

İdman.Biz xəbər verir ki, rusiyalı qolkiper isinmə zamanı qapıdan çıxış hərəkətini yerinə yetirərkən məşqçi ilə toqquşub. Hadisədən sonra Safonova tibbi yardım göstərilib.

Safonov daha sonra toqquşmanın videosunu paylaşaraq yazıb:

“Gündə iki dəfə bu hərəkəti et, onurğan ağrımayacaq”.

İdman.Biz