Sabiq futbolçu Bundesliqa oyunlarının yayım hüququnu aldı

28 Avqust 2026 20:50
97
Sabiq futbolçu Bundesliqa oyunlarının yayım hüququnu aldı

İngiltərənin “Lester Siti” futbol klubunun sabiq hücumçusu Ceymi Vardi yeni layihəsi ilə diqqət çəkib.

İdman.Biz “The Athletic“-ə istinadən xəbər verir ki, keçmiş İngiltərə millisinin üzvü Böyük Britaniya və İrlandiyada Bundesliqanın bir neçə oyununun yayım hüququnu əldə edib.

Vardinin iyun ayında yaratdığı “Jamie Vardy’s Having a Party” adlı “YouTube” kanalı bu mövsüm Almaniya çempionatının cümə günləri keçiriləcək 7 qarşılaşmasını canlı yayımlayacaq. Şənbə və bazar günləri keçirilən qarşılaşmaların yayım hüquqları isə “Sky Sports” və “Prime Sport”da qalacaq.

Vardinin kanalında yayımlanacaq oyunlar arasında Bundesliqanın yeni mövsümünün açılış qarşılaşması – “Bayern” və “Ştutqart” matçı da yer alacaq.

Qeyd edək ki, Vardinin “YouTube” kanalının hazırda 15 minə yaxın abunəçisi var. Layihənin yayım imkanları “Banijay Entertainment“ şirkətinin dəstəyi ilə həyata keçirilir.

İdman.Biz