“Aston Villa” PSJ-nin futbolçusu ilə razılığa gəldi

28 Avqust 2026 19:56
80
“Aston Villa” PSJ-nin futbolçusu ilə razılığa gəldi

İngiltərənin “Aston Villa” futbol klubu Fransanın PSJ klubunun gənc hücumçusu İbrahim Mbaye ilə bağlı transferi tamamlamağa yaxındır.

İdman.Biz “The Athletic“-ə istinadən istinadən xəbər verir ki, tərəflər 18 yaşlı vingerin keçidi ilə bağlı razılığa gəliblər. Transferin yaxın zamanda rəsmiləşdirilməsi gözlənilir.

Məlumata görə, İngiltərə klubu Mbaye üçün PSJ-yə 55 milyon avro (təxminən 108,5 milyon manat) ödəyəcək.

Seneqallı futbolçuya daha əvvəl “Liverpul” da ciddi maraq göstərib. Mersisayd təmsilçisi Mbaye ilə 5 illik müqavilə şərtlərində razılığa gəlsə də, PSJ-nin 70 milyon avro (təxminən 138,1 milyon manat) tələb etməsi transferin reallaşmasına mane olub.

Hazırda isə “Aston Villa”nın 55 milyon avroluq təklifi üzərində anlaşma əldə etdiyi və keçidin rəsmiləşdirilməsi üçün son detalları həll etdiyi bildirilir.

İdman.Biz