İspaniyanın “Barselona” komandasının futbolçusu Ektor Fort karyerasını “Real Sosyedad”da davam etdirməyə yaxındır.
İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, klublar arasında danışıqlar yekun mərhələdədir.
Transferin 8 milyon avroya (16 milyon manat) başa gələcəyi gözlənilir. Bununla yanaşı, Kataloniya klubu müqaviləyə futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 50 faizini almaq hüququnu təsbit edən bənd daxil edəcək.
Futbolçu özü artıq təklifə razılıq verib və San-Sebastyandan olan klubun layihəsinə qoşulmağa hazırdır.
Razılaşmanın yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.
