Xabi Alonsodan Enzo Fernandesin gələcəyi ilə bağlı açıqlama

25 Avqust 2026 11:59
78
Xabi Alonsodan Enzo Fernandesin gələcəyi ilə bağlı açıqlama

“Çelsi” futbol klubunun baş məşqçisi Xabi Alonso komandanın argentinalı yarımmüdafiəçisi Enzo Fernandesin gələcəyi ilə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis “Fulhem” üzərində 3:2 hesablı qələbədən sonra açıqlamasında futbolçunun taleyinin bu həftə bəlli ola biləcəyini bildirib.

“Futbolda artıq heç nəyə təəccüblənmirəm. Görəcəyik. Mənim istəyim gələcəkdə nə olacağını bilməyimizdir, amma bunu bu həftə görəcəyik”, - Alonso deyib.

Qeyd edək ki, Enzo Fernandesin “Çelsi”dən ayrılaraq “Mançester Siti”yə keçə biləcəyi barədə xəbərlər yayılıb. “Mançester Siti”nin argentinalı futbolçu üçün yeni təkliflə çıxış edə biləcəyi bildirilir.

Fernandes “Fulhem”lə görüşə ehtiyat oyunçular skamyasında başlayıb və ikinci hissədə meydana daxil olub.

İdman.Biz