Millinin futbolçusu sabiq klubuna qayıdıb

23 Yanvar 2024 11:30
2 860
Millinin futbolçusu sabiq klubuna qayıdıb

Çili millisinin futbolçusu Arturo Vidalın yeni klubu bəlli olub.

İdman.biz xəbər verir ki, yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.

Vidal “Kolo-Kolo” klubuna keçib. Arturo peşəkar karyerasına 2005-ci ildə bu komandada başlayıb. Bunadək isə klubun gənclərdən ibarət komandasında çıxış edib.

Qeyd edək ki, milli üzvü ötən mövsümdə Braziliyanın “Atletiko Paranaense” klubunun formasını geyinib.

İdman.biz

Məqalədə: