“Atletiko” azarkeşləri Alvaresi fitə basdılar - VİDEO

24 Avqust 2026 13:14
101
“Atletiko” azarkeşləri Alvaresi fitə basdılar - VİDEO

“Vilyarreal”la La Liqanın 2-ci tur matçında “Atletiko”(Madrid) azarkeşləri komandanın argentinalı hücumçusu Xulian Alvaresə qarşı etirazlarını nümayiş etdiriblər.

İdman.Biz xəbər verir ki, “Metropolitano” stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Alvares 66-cı dəqiqədə əvəzlənərək meydana daxil olub. Argentinalı futbolçunun meydana çıxmasından sonra “Atletiko” azarkeşləri onun topa hər toxunuşunu fitə basıblar. Fanatların bir qismi isə “Ona deyin ki, birdəfəlik getsin” şüarını səsləndirib.

Bundan əlavə, Alvares matç başlamazdan əvvəl və fasilədə isinmə zamanı da azarkeşlərin fit sədaları ilə qarşılaşıb.

Xatırladaq ki, dünya çempionatı zamanı Argentina millisinin hücumçusu açıq şəkildə “Atletiko”dan ayrılmaq istədiyini bildirib. Daha sonra o, klub rəhbərliyinə “Barselona”ya keçmək istədiyini çatdırıb.

İdman.Biz