“Rakuv”un baş məşqçisi Mahir Emrelini təriflədi: “Meydanı görmə bacarığı daha yaxşıdır”

13 Noyabr 2026 21:06
40
“Rakuv”un baş məşqçisi Mahir Emrelini təriflədi: “Meydanı görmə bacarığı daha yaxşıdır”

Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa Azərbaycan millisinin hücumçusu Mahir Emrelini komandanın sabiq futbolçusu Ante Çrnaçla müqayisə edib.

İdman.Biz Polşa mediasına istinadən xəbər verir ki, mütəxəssis Emrelinin oyun görüşünü yüksək qiymətləndirib:

“Mahirin meydanı görmə bacarığı daha yaxşıdır. Ante daha dinamik və fiziki cəhətdən güclü futbolçu idi. Onları birləşdirən cəhət sol ayaqla oynamaları və hər ikisinin kombinasiya oyununda özünü rahat hiss etməsidir. Bununla belə, Mahir, digər amillərlə yanaşı, daha böyük təcrübəsi sayəsində bu baxımdan daha yüksək səviyyədə ola bilər”.

Şvarqanın sözlərinə görə, hər iki futbolçunu sol ayaqla oynamaları və kombinasiya bacarıqları birləşdirir. Bununla belə, məşqçi təcrübəsinin Mahirə bu baxımdan üstünlük qazandırdığını düşünür.

Mütəxəssis onların komandaya uyğunlaşma prosesindəki fərqdən də danışıb. O, Çrnaçın “Rakuv”a gələrkən bir çox oyun vərdişinin klubda formalaşdırıldığını bildirib. Emreli isə daha təcrübəli futbolçu kimi komandaya tez hazır olub, lakin müxtəlif çempionatlarda qazandığı bəzi vərdişləri dəyişmək daha çətindir.

Şvarqa belə bir hücumçuya sahib olduqlarına sevindiyini vurğulayıb. Onun fikrincə, Mahir komandanın oyun modelinə uyğun gəlməklə yanaşı, fərdi bacarığı ilə də qol vəziyyətləri yarada bilir:

“Belə futbolçumuzun olmasına sevinirəm”.

İdman.Biz