İraola “Liverpul”un yeni sağ cinah müdafiəçisi almayacağını açıqlayıb

23 Avqust 2026 23:28
93
İraola “Liverpul”un yeni sağ cinah müdafiəçisi almayacağını açıqlayıb

İngiltərənin “Liverpul” futbol klubunun baş məşqçisi Andoni İraola yay transfer pəncərəsində daha bir sağ cinah müdafiəçisinin alınmasını gözləmədiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, 44 yaşlı mütəxəssis komandanın bu mövqedə uzunmüddətli həll yolu kimi Konor Bredliyə güvəndiyini bildirib. İraola müdafiə xəttinin qurulmasında kapitan Vircil van Deykin rolunu da xüsusi vurğulayıb.

“Vircil kimi futbolçunun bizdə olması üstünlükdür. Düşünürəm ki, o, son onilliyin ən yaxşı müdafiəçilərindən biri, bəlkə də ən yaxşısıdır. Onun ətrafını düzgün şəkildə formalaşdırmalıyıq”, - baş məşqçi deyib.

İraola Ceremi Jake və Covanni Leonini klubun gələcək üçün nəzərdə tutduğu mərkəz müdafiəçiləri adlandırıb. O, Co Qomesin həm mərkəzdə, həm də sağ cinahda oynaya bildiyini, Bredliyə isə sağ cinah müdafiəçisi mövqeyində uzunmüddətli həll kimi baxıldığını söyləyib.

İspaniyalı çalışdırıcı Ronald Arauxonun transferinin də bu baxımdan məntiqli olduğunu vurğulayıb:

“Arauxonu La Liqadan çox yaxşı tanıyırdım. O, mərkəz müdafiəçisidir, eyni zamanda sağ cinahda da bizə kömək edə bilər. Bu mövqedəki vəziyyətdən çox razıyam”.

İraola Leoninin və Co Qomesin zədədən qayıtmasından sonra müdafiə xəttində kifayət qədər seçimə sahib olacaqlarını düşünür. Arauxo “Liverpul”a “Barselona”dan bir mövsümlük icarə əsasında qoşulub.

İdman.Biz