Alexandro Balde “Barselona”dan ayrılmağa yaxındır

22 Avqust 2026 18:49
75
Alexandro Balde “Barselona”dan ayrılmağa yaxındır

İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Alexandro Balde komandadan ayrıla bilər.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Jerar Romero məlumat yayıb. Onun sözlərinə görə, 22 yaşlı sol cinah müdafiəçisi hazırda klubdan ayrılmağa çox yaxındır.

Romero bildirib ki, vəziyyət dəyişməsə, Balde La Liqanın ikinci turunda “Elçe” ilə keçiriləcək oyunun iştirak ərizəsinə də daxil edilməyə bilər.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik də futbolçunun gələcəyi ilə bağlı konkret zəmanət verməyib. Almaniyalı mütəxəssis Baldenin böyük potensiala malik olduğunu desə də, heyətdə yer almaq üçün hər bir oyunçunun özünü gündəlik məşqlərdə sübut etməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Balde iyulun sonunda verdiyi açıqlamada “Barselona”dan ayrılmaq niyyətində olmadığını bildirmişdi.

İdman.Biz