“Yuventus” Vikarionu transfer etdi

18 Avqust 2026 20:38
76
“Yuventus” Vikarionu transfer etdi

İtaliyanın “Yuventus” klubu qapıçı mövqeyinə yeni futbolçu transfer edib.

İdman.Biz xəbər verir ki, Turin təmsilçisi İngiltərənin “Tottenhem” klubunda çıxış edən Qulyelmo Vikarionun keçidini rəsmən açıqlayıb. 29 yaşlı qapıçı 2027-ci il iyunun 30-dək icarə əsasında “Yuventus”un formasını geyinəcək.

Razılaşmaya futbolçunun transfer hüquqlarının alınması üçün 10 milyon avro (19,67 milyon AZN) dəyərində satınalma opsiyası da daxil edilib. Bu şərt məcburi deyil.

Vikario 2023-cü ildə “Empoli”dən “Tottenhem”ə keçib. O, London klubunun heyətində 117 oyuna çıxıb və 2024/25 mövsümündə UEFA Avropa Liqasının qalibi olub.

İtaliyalı qapıçı karyerası ərzində “Udineze”, “Venesiya”, “Peruca”, “Kalyari” və “Empoli” klublarında da çıxış edib.

Məlumata görə, “Yuventus” 2027-ci il iyunun 30-dək Vikarionun əməkhaqqısını da tam ödəyəcək. Qapıçının mövsümlük maaşının təxminən 2,5 milyon avro (4,92 milyon AZN) olduğu bildirilir.

İdman.Biz