PSJ "Ayaks"dan 21 yaşlı cinah oyunçusu Miki Qodtsla müqavilə imzaladığını açıqladı.
İdman.Biz bildirir ki, onun müqaviləsi 2031-ci ilə qədərdir.
"Dünyanın ən yaxşı klublarından birinə qoşulduğum üçün inanılmaz dərəcədə qürur duyuram. Bu formanı geyinib "Park de Princes" stadionunun atmosferini və azarkeşlərini hiss etməyi səbirsizliklə gözləyirəm. Prezident Nasser Əl-Xelayfi, Luis Kampos və məşqçi Luis Enrikenin mənə göstərdiyi etimadı doğrultmaq üçün meydanda hər şeyimi verəcəyəm", - Qodts PSJ-nin rəsmi saytında bildirib.
Ötən mövsüm 21 yaşlı belçikalı cinah oyunçusu klubun heyətində bütün yarışlarda 44 oyunda iştirak edib, 17 qol vurub və 15 məhsuldar ötürmə edib. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.
