Ronaldu “Əl-Nəsr”in oyununa oğlu ilə birlikdə azarkeş kimi qatılıb - FOTO

15 Avqust 2026 22:57
117
Ronaldu “Əl-Nəsr”in oyununa oğlu ilə birlikdə azarkeş kimi qatılıb

Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqasının ilk oyununu buraxıb.

İdman.Biz bildirir ki, 41 yaşlı hücumçu "Əl-Fateh"ə qarşı oyun (2:0, birinci hissə) üçün "Əl-Nəsr"in heyətinə daxil edilməyib.

Kriştianu oyuna kiçik oğlu Mateo ilə birlikdə stadiondan baxır.

Ronaldu ötən mövsüm Səudiyyə Ərəbistanı Liqasında 30 oyun keçirib, 28 qol vurub və 2 məhsuldar ötürmə edib.

İdman.Biz