“Liverpul” 4 qolla qələbə qazanıb - VİDEO

Xəbərlər
21 Yanvar 2024 22:26
179
“Liverpul” 4 qolla qələbə qazanıb - VİDEO

Bu gün İngiltərə Premyer Liqasında iki oyun keçirilib.

İdman.biz xəbər verir ki, lider “Liverpul” səfərdə böyükhesablı qələbə qazanıb.

Fasiləyədək “Bornmut”un müqavimətini qıra bilməyən “qırmızılar” ikinci hissədə rəqibin qapısından 4 cavabsız top keçiriblər. Nunyes və Dioqo Jota hərəyə 2 dəfə fərqləniblər. Bu qələbədən sonra xalını 48-ə yüksəldən “Liverpul” ən yaxın izləyicisini 5 xal qabaqlayır.

Günün digər qarşılaşmasında “Şeffild Yunayted” və “Vest Hem” heç-heçə oynayıb.

İngiltərə Premyer Liqası
21-ci tur

Şeffild Yunayted – Vest Hem – 2:2

Bornmut – Liverpul – 0:4

İdman.biz