"Şaxtyor" hesab edir ki, "Çelsi"nin ev stadionu olan "Stemford Bridc" komandanın 2026/27 mövsümündə Çempionlar Liqası oyunlarına ev sahibliyi etmək üçün ideal yerdir.
İdman.Biz bildirir ki, jurnalist Ben Ceykobs bu barədə özünün "X" sosial media səhifəsində məlumat verib.
Mənbənin məlumatına görə, klublar hazırda bu variantla bağlı danışıqlar aparırlar. "Şaxtyor"un qərarını gələn həftə açıqlayacağı gözlənilir.
“Şaxtyor” ötən mövsüm Ukrayna çempionu olub və bu mövsüm ölkəsini Çempionlar Liqasının əsas mərhələsində təmsil edəcək.
