Portuqaliyada Ronaldu və Corcinanın nikah müqaviləsinin təfərrüatları açıqlanıb

14 Avqust 2026 19:51
139
Portuqaliyada Ronaldu və Corcinanın nikah müqaviləsinin təfərrüatları açıqlanıb

Portuqaliya və "Əl-Nəsr" komandalarının hücumçusu Kriştianu Ronaldu və model Corcina Rodrigez nikahdan əvvəlki müqaviləni 10 avqustda, toy mərasimindən bir gün əvvəl imzalayıblar.

İdman.Biz-in Portuqaliyanın "Jornal de Notícias" qəzetinə istinadən məlumatına əsasən, sənəd cütlüyün maliyyə vəziyyətini və əmlak bölgüsü qaydalarını müəyyən edib.

Mənbənin məlumatına görə, nikahdan əvvəlki müqavilədə hər bir həyat yoldaşının nikahdan əvvəl sahib olduğu aktivləri, eləcə də sonradan əldə etdiyi aktivləri saxlaması nəzərdə tutulur. Ronaldu və Corcina birgə bir şey alsalar, həmin aktiv hər ikisinə məxsus ola bilər.

"Jornal de Notícias" tərəfindən əldə edilən nikah şəhadətnaməsinə görə, cütlük daimi olaraq Ər-Riyadda yaşayır. Onların heç biri nikahdan sonra soyadlarını dəyişməyib.

İdman.Biz