"Əl-Nəsr"in hücumçusu və kapitanı Kriştianu Ronaldu sosial media hesabında saçlarını yeni şəklini paylaşıb.
İdman.Biz bildirir ki, şəkildə onun saçlarının kürən rəngində olduğu görünür.
Ronaldu ötən günlərdə Corcina Rodriges ilə evlənib.

15 avqustda "Əl-Nəsr" yeni Səudiyyə Ərəbistanı Pro Liqası mövsümünə "Əl-Fateh"ə qarşı oyunla başlayacaq. Ər-Riyad komandası ötən mövsüm liqanın qalibi olub.
2025/2026 mövsümündə Ronaldu "Əl-Nəsr" və Portuqaliya milli komandasında bütün yarışlarda 42 oyunda 36 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 10 milyon avrodur.
