Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində öz meydanında Çexiyanın “Hradets Kralove” klubunu qəbul edib.
İdman.Biz bildirir ki, görüş 1:0 hesabı ilə "ağ-qaralar"ın qələbəsi bitib.
Yeganə qolu 40-cı dəqiqədə Vatslav Çernı vurub.
İlk oyunda da 1:0 hesabı ilə qalib gələn Türkiyə klubu Avropa Liqasının pley-off mərhələsinə yüksəlib.
