Alvares Simeone ilə “Barselona”ya keçidini müzakirə edib

12 Avqust 2026 23:47
105
Alvares Simeone ilə “Barselona”ya keçidini müzakirə edib

Mundo Deportivo-nun məlumatına görə, hücumçu Xulian Alvares "Barselona"ya keçmək istəyini "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone ilə müzakirə edib.

İdman.Biz bildirir ki, oyunçu ilə məşqçisi arasında söhbət Alvaresin tətildən sonrakı ilk məşqindən əvvəl baş tutub.

Mənbənin məlumatına əsasən, oyunçu və məşqçi məşq meydançasına çox erkən gəliblər. Məhz o zaman onların söhbəti baş tutub. Söhbət zamanı Alvares gələcəyi məsələsini qaldırıb və Simeone cavab verib ki, son qərar klubun ixtiyarındadır və məşqçinin rolu idman aspektlərini qiymətləndirməklə məhdudlaşır.

Hücumçuya vəziyyəti həll etmək üçün Madridə gələn nümayəndələri də yoldaşlıq edib. Lakin "Atletiko Madrid" oyunçunu satmaq barədə hələ də qərarsızdır.

Alvares 2024-cü ilin yayında "Mançester Siti"dən "Atletiko"ya 75 milyon avro və 20 milyon avro bonus müqabilində qoşulub. Onun Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir. Ötən mövsüm hücumçu 49 matçda 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

İdman.Biz