Argentina millisinin kapitanı Lionel Messi atasının vəfatından sonra ABŞ-ın MLS klubunda çıxışını qeyri-müəyyən müddətə dayandırıb.
İdman.Biz xəbər verir ki, Lionel Messinin atası Xorxe Messi avqustun 8-də 68 yaşında uzun sürən xəstəlikdən sonra Rosario şəhərindəki xəstəxanada vəfat edib.
39 yaşlı futbolçu atasının dəfn mərasimində iştirak etmək üçün “İnter Mayami”nin düşərgəsini tərk edərək Argentinaya yollanıb. Vida mərasimi avqustun 9-da Rosarioda qapalı formatda keçirilib.
Messinin “İnter Mayami”nin düşərgəsinə nə vaxt qayıdacağı hələlik məlum deyil.
