İngiltərənin “Mançester Siti” futbol komandası mövsümöncəsi hazırlıq çərçivəsində İspaniyanın “Atletiko” komandası ilə qarşılaşır.
İdman.Biz xəbər verir ki, Seul Dünya Kuboku Stadionunda keçirilən görüşdə hesabı Madrid təmsilçisi açıb. Xorxe Dominqes 43-cü dəqiqədə yaranan qarışıqlıqdan istifadə edərək topu qapıdan keçirib.
“Mançester Siti” ikinci hissəyə sürətli başlayıb. Ömər Marmuş 57-ci dəqiqədə hesabı bərabərləşdirib. Misirli hücumçu cəmi iki dəqiqə sonra yenidən fərqlənərək komandasını 2:1 hesabı ilə önə çıxarıb.
Beləliklə, Marmuş iki dəqiqə ərzində dubl etməklə qarşılaşmanın gedişini dəyişib.
Bu görüş “Mançester Siti”nin Asiya turundakı son yoxlama oyunudur. İngiltərə təmsilçisi bundan əvvəl “İnter” və K Liqa ulduzlarından ibarət komanda ilə də qarşılaşıb.
Xəbər hazırlanarkən hesab 2:1 “Mançester Siti”nin xeyrinədir.
