“Bavariya”nın baş məşqçisi Vensan Kompani Honkonqdakı “Kai Tak Sport Park” stadionunda “Aston Villa” ilə 2:1 hesabı ilə bitmiş yoldaşlıq oyunundan sonra mövsümöncəsi Asiya turu zamanı oyunçularının performansını qiymətləndirib.
İdman.Biz xəbər verir ki, Münhen komandası daha əvvəl Koreyanın “Çedju Yunayted” komandasını 2:1 hesabı ilə məğlub etmişdi.
“Düzünü desəm, bütün oyunçularımızdan təsirləndim. Bu qədər oyunçu hələ geri qayıtmadığı halda belə matçlar oynamaq çətindir. Aydındır ki, bəzi oyunçular hələ çox gəncdir və bəziləri heç vaxt bu səviyyəli komandalara qarşı oynamayıblar. Məsələn, Tim [Binder] və Maykonun [Kardozo] - müdafiə və mübarizə tərzinə baxsanız, hər şeyin nə qədər çətin olduğu aydın olur.
Pavloviç, Bişof və Laymerlə yarımmüdafiədə göstərdiyimiz enerji də vacib idi, onlar lazım olan yerdə bizə kömək edirlər. Bu oyunçuları inkişaf etdirmək üçün çox vaxt və səy sərf etmişik. Bu, bu oyunçularla gördüyümüz işin bir növ mükafatıdır. Mən məmnunam”, - deyə Bayern & Germany X-in sosial media hesabında Kompaninin sözlərini sitat gətirilib.
