Diomandenin keçidi “Real Madrid” tarixinin ən bahalı transferidir

6 Avqust 2026 21:02
91
Diomandenin keçidi “Real Madrid” tarixinin ən bahalı transferidir

Hücumçu Yann Diomandenin Almaniyanın “RB Leypsiq” klubundan “Real Madrid”ə transferi İspaniya klubunun tarixində ən bahalı transfer olub.

Mediada yayılan məlumatlara görə, “Los Blancos” Kot-d’İvuarlı futbolçu üçün 140 milyon avro, o cümlədən 15 milyon avro bonus ödəyib.

İdman.Biz xəbər verir ki, Diomande "Real"a "Mançester Yunayted"dən Kriştianu Ronaldudan (94 milyon avro), "Tottenhem"dən Qaret Beyldən (101 milyon avro), "Çelsi"dən Eden Azardan (120 milyon avro) və "Borussiya"dan (Dortmund) Cud Bellinqemdən (134 milyon avro) daha baha başa gəlib.

Diomande 2025-ci ildən "Leypsiq"də çıxış edirdi. 2025/2026 mövsümündə o, 36 matçda meydana çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt-a görə, onun təxmini dəyəri 90 milyon avrodur. Bu yaxınlarda keçirilən dünya çempionatında Kot-d’İvuarlı futbolçu dörd oyun keçirib və bir məhsuldar ötürmə edib.

İdman.Biz