Mane Seneqal yığmasının tarixinə düşüb

Xəbərlər
20 Yanvar 2024 00:48
374
Mane Seneqal yığmasının tarixinə düşüb

Seneqal yığmasının hücumçusu Sadio Mane rekorda imza atıb.

İdman.biz xəbər verir ki, o, milli komandanın heyətində Afrika Millətlər Kubokunda (AMK) 4 fərqli turnirdə fərqlənib.

Mane 2017-ci, 2019-cu və 2021-ci illərdə rəqib qapıçıları məyus etməyi bacarmışdı. O, dünən Kamerunla keçirilən oyunda Seneqal yığmasının üçüncü qolunun müəllifi olub. Oyun seneqallıların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu uğur sayəsində onun komandası turnirdə iki matçdan sonra maksimum nəticə göstərib və pley-offa yüksəlib. Sadio millidə 103 oyunda 41 qol vurub.

Qeyd edək ki, Seneqal komandası 2021-ci ildə tarixində ilk dəfə AMK-nin qalib olub.

İdman.biz