"Fluminense" "İnter"i mübarizədən kənarlaşdırıb - VİDEO

Xəbərlər
1 İyul 2025 01:05
47
"Fluminense" "İnter"i mübarizədən kənarlaşdırıb - VİDEO

Klublarası dünya çempionatında 1/8 finalın növbəti qarşılaşması keçirilib.

İdman.biz xəbər verir ki, "İnter" və "Fluminense" növbəti yüksəlmək uğrunda mübarizə aparıblar.

Görüşün taleyi demək olar ki, ilk dəqiqələrdə həll olunub. Oyunun 4-cü dəqiqəsində braziliyalılar hesabı açıblar. Qalan dəqiqələr daha çox "İnter"in üstünlüyü ilə keçsə də, növbəti qolu da "Fluminense" vurub. Komanda 90+3-cü dəqiqədə ikinci dəfə fərqlənərək, mərhələ adlayıb.

"Fluminense" 1/4 finalda "Mançester Siti" - "Əl-Hilal" cütünün qalibi ilə qarşılaşacaq.

Dünya çempionatı
1/8 final

30 iyun
23:00. "İnter" (İtaliya) - "Fluminense" (Braziliya) - 0:2
Qollar:
Kano, 4. Herkules, 90+3

İdman.biz