"Ayaks" klub emblemindəki loqonu dəyişib.
İdman.biz xəbər verir ki, bu barədə Amsterdam təmsilçisindən məlumat verilib.
Klub rəhbərliyi keçmişə müraciət etmək qərarına gəlib. Bundan sonra komanda 1928-1990-cı illərdə istifadə olunan loqodan faydalanacaq. Klub 125 illik yubiley münasibətilə bu addımı atıb.
Qeyd edək ki, "Ayaks"ın əsası 1900-cu il martın 18-də qoyulub.
İdman.biz