Libertadoras kubokunun son qalibi "Botafoqo" baş məşqçisini istefaya göndərib.
İdman.biz xəbər verir ki, klublararası dünya çempionatında uğursuz çıxış etdikdən Renato Payvo ilə yollar ayrılıb.
Turnirin qrup mərhələsində PSJ-ni məğlub edən komanda 1/8 finalda mübarizəni dayandırıb. "Botafoqo" əlavə vaxtda digər Braziliya təmsilçisi "Palmeyras"a uduzub (0:1).
Qeyd edək ki, Renato Payvo "Botafoqo"ya tarixində ilk Libertadoras kuboku titulunu qazandırıb.
İdman.biz