"Zirə" braziliyalı hücumçu Rafael Utziqi cərimələyəcək.
İdman.biz xəbər verir ki, bunu komandanın baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"la yoxlama görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
O, müsahibəsində braziliyalı futbolçunun hələ də komandanın düşərgəsinə qoşulmadığını bildirib. "Zirə" illə bir illik müqaviləsi olan futbolçu artıq transferə çıxarılıb. Amma Utziq hazırlıqlarda iştirak etmədiyi üçüm böyük miqdarda cərimə olunacaq.
Qeyd edək ki, Utziq 2024-cü ilin yanvarından "Zirə"də çıxış edir və komandanın heyətində 61 matçda 18 qol vurub, 4 qol ötürməsi verib.
İdman.biz