“Benfika”da qalmayıb, “Vilyarreal”a keçib

Xəbərlər
20 Yanvar 2024 00:12
404
“Benfika”da qalmayıb, “Vilyarreal”a keçib

Portuqaliyalı vinger Qonsalo Qedeş “Vilyarreal”a keçib.

İdman.biz xəbər verir ki, o, icarə əsasında ispan klubunda çıxış edəcək.

“Vulverhempton”a məxsus Qedeş mövsümün birinci hissəsini “Benfika”da keçirib. 27 yaşlı futbolçu ölkəsində ümidləri doğrultmayıb. O, “qartallar”ın heyətində 21 oyunda cəmi 1 qol vurub. Nəticədə Qonsalo özünü İspaniyada sınamaq qərarına gəlib. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Qedeş əvvəllər İspaniyada çıxış edib. O, 2018-2022-ci illərdə “Valensiya”nın şərəfini qoruyub.

İdman.biz