“Barselona” Arauxonun gedişi halında Kundeni mərkəzə çəkə bilər

26 İyul 2026 17:28
103
“Barselona” Arauxonun gedişi halında Kundeni mərkəzə çəkə bilər

İspaniyanın “Barselona” futbol komandası Ronald Arauxonun mümkün gedişinə uyğun plan hazırlayır.

İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, uruqvaylı müdafiəçi komandadan ayrılsa və transfer bazarında uyğun alternativ tapılmasa, Jül Kundenin yenidən təbii mövqeyi olan mərkəz müdafiəsinə keçirilməsi real variantlardan biri hesab olunur.

Fransalı futbolçunun ötən mövsümdəki qeyri-sabit çıxışından sonra sağ cinah müdafiəsindəki mövqeyi əvvəlki qədər təminatlı görünmür.

Joau Kanselunun komandaya daimi əsasda qayıtması planlaşdırılsa da, Hektor Fort üçün də sağ cinahda şans yarana bilər. Mövsümöncəsi hazırlıq dövründə özünü göstərməyə çalışan 19 yaşlı futbolçu əsas heyətdə yer uğrunda mübarizə aparmaq və yenidən icarəyə göndərilməmək niyyətindədir.

İdman.Biz