“Qarabağ”ın sabiq qapıçısı “Qaziantep”ə keçməyə yaxındır

26 İyul 2026 16:58
103
“Qarabağ”ın sabiq qapıçısı “Qaziantep”ə keçməyə yaxındır

Yunanıstanın PAOK futbol komandasının qapıçısı Luka Quqeşaşvili karyerasını Türkiyədə davam etdirə bilər.

İdman.Biz xəbər verir ki, Türkiyə Super Liqasında çıxış edən “Qaziantep” 27 yaşlı qolkiperin xidmətində maraqlıdır.

Türkiyə klubu Quqeşaşvilini icarə əsasında heyətinə qatmaq üçün PAOK-la danışıqlar aparır. Tərəflərin mümkün razılaşmaya 1,2 milyon avro (2,32 milyon manat) məbləğində məcburi olmayan satınalma bəndi daxil etməyi planlaşdırdığı bildirilir.

Gürcüstanlı qapıçı ötən mövsüm PAOK-un heyətində bir rəsmi oyunda meydana çıxıb. O, mövsümün ikinci yarısını icarə əsasında Yunanıstanın “Atromitos” komandasında keçirib.

Quqeşaşvilinin PAOK-la müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.

Qeyd edək ki, Luka Quqeşaşvili 2022-2024-cü illərdə Azərbaycanın “Qarabağ” futbol komandasında çıxış edib.

İdman.Biz