Vüsal İsgəndərli Türkiyə kuboku ilə vidalaşıb

Xəbərlər
17 Yanvar 2024 16:05
209
Vüsal İsgəndərli Türkiyə kuboku ilə vidalaşıb

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin şərəfini qoruduğu “Boluspor” klubu Türkiyə kubokunun 1/16 final mərhələsində mübarizəni dayandırıb.

İdman.biz xəbər verir ki, 1-ci Liqa təmsilçisi Super Liqa klubu “Başakşəhər”ə uduzub.

İstanbullular 1:0 hesablı qələbə qazanıblar. Bu matçda İsgəndərlinin adı iştirak ərizəsində olmayıb.

Qeyd edək ki, Vüsal “Boluspor”a qış fasiləsində Albaniyanın “Eqnatiya” klubundan transfer olunub.

İdman.biz