FİFA Klublararası Dünya çempionatında iştirakçıların sayını artırmaq istəyir

25 İyun 2026 21:30
99
FİFA Klublararası Dünya çempionatında iştirakçıların sayını artırmaq istəyir

FİFA 2029-cu il Klublararası Dünya çempionatını 32-dən 48 komandaya qədər genişləndirmək üçün Avropa Klublar Assosiasiyası (EFC) ilə işləyir.

İdman.Biz-in The Guardian qəzetinə istinadən verdiyi məlumata görə, bu addım turnirdə daha çox İngiltərə Premyer Liqa klubunun iştirak etməsinə səbəb ola bilər.

Mənbənin məlumatına görə, ötən il “Çelsi” Klublararası Dünya çempionatını qazanaraq təxminən 84 milyon funt sterlinq qazandıqdan sonra, Avropanın böyük klubları FIFA-dan seçmə şanslarını artırmaq üçün yarışı genişləndirməsini istədilər.

O vaxtlar İngiltərə, İspaniya və İtaliya çempionları olan “Liverpul”, “Barselona” və “Napoli” iştirak etmirdilər, çünki seçmə mərhələsi əvvəlki dörd Çempionlar Liqasının qalibi və ən yüksək UEFA əmsalına malik səkkiz klubla məhdudlaşırdı. FİFA həmçinin iştirakçıların sayını hər ölkədən iki ilə məhdudlaşdırdı. Bu məhdudiyyətin aradan qaldırılması variantı hazırda nəzərdən keçirilir ki, bu da Premyer Liqa klublarına, xüsusən də “Arsenal”, “Liverpul” və “Mançester Siti”yə müsbət təsir göstərə bilər, çünki onlar UEFA əmsalına görə ilk səkkiz komanda arasındadırlar.

İdman.Biz