Dünyanın ən yaşlı futbolçusu peşəkar müqaviləsini daha bir il uzadıb

25 İyun 2026 20:59
68
Dünyanın ən yaşlı futbolçusu peşəkar müqaviləsini daha bir il uzadıb

59 yaşlı yapon hücumçu Kazuyoşi Miura peşəkar futbol karyerasını gələn mövsüm davam etdirəcək.

İdman.Biz-in məlumatına görə, o, Yaponiyanın “Yokohama” komandası ilə müqaviləsini uzadıb və Yaponiyanın üçüncü divizionunda təmsil olunan “Fukusima Yunayted” komandasına icarəyə verilib.

Kazuyoşi Miura rəsmi olaraq dünyanın ən yaşlı peşəkar futbolçusudur. O, karyerasına 1982-ci ildə başlayıb və Braziliyanın “Santos”, Xorvatiyanın “Dinamo Zaqreb”, İtaliyanın “Cenoa” və bir neçə başqa klubda oynayıb.

Miura Yaponiya milli komandasında 89 oyun keçirib və 55 qol vurub ki, sonuncu qolunu 2000-ci ildə vurub.

İdman.Biz