De Bruyne ötürmə sayında üçüncü yerə yüksəlib

Xəbərlər
14 Yanvar 2024 00:57
189
De Bruyne ötürmə sayında üçüncü yerə yüksəlib

Kevin De Bruyne “Nyukasl”la oyunda “Mançester Siti”nin qələbə qolunun ötürməsinin müəllifi olub.

İdman.biz xəbər verir ki, belçikalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında 103-cü ötürməsini edib.

De Bruyne bu göstəricidə Ueyn Runiyə çatıb. O, “Mançester Yunayted”in keçmiş hücumçusu ilə 3-cü yeri bölüşdürür. İlk iki pillədə 162 ötürmə ilə Rayan Qiqqz və 111 ötürmə ilə Sesk Fabreqas qərarlaşıblar.

Kevin zədə üzündən mövsümün ilk hissəsini buraxıb. O, “Nyukasl”la qarşılaşmada ikinci dəfə meydana çıxıb.

Qeyd edək ki, “Mançester Siti” “Nyukasl”ı 3:2 hesabı ilə məğlub edib. Qələbə topunu 90+1-ci dəqiqədə De Bruynenin ötürməsindən sonra Oskar Bobb vurub.

İdman.biz