“Real” Munyosun “Liverpul”a transferinə görə 20 milyon avro alacaq

19 İyun 2026 04:43
102
“Real” Munyosun “Liverpul”a transferinə görə 20 milyon avro alacaq

“Real Madrid» ispaniyalı cinah oyunçusu Viktor Munyosun “Osasuna”dan “Liverpul”a transferi üçün 20 milyon avro alacaq. İngilis klubu əvvəllər 22 yaşlı futbolçunun transferini açıqlamışdı.

İdman.Biz bu barədə insayder Fabrizio Romanoya istinadən bildirir.

Mənbənin məlumatına görə, “Liverpul” Munyosun “Osasuna” ilə müqaviləsindəki 40 milyon avroluq alış bəndini aktivləşdirib. Jurnalistin sözlərinə görə, bu məbləğin yarısı “Real Madrid”ə gedəcək.

Viktor Munyos “Barselona”nın gənclər sisteminin yetirməsidir. O, 2021-ci ilin yayında “Real Madrid”in gənclər sistemininə qoşulub. Ötən mövsüm o, La Liqa və Kral Kubokunda 36 oyunda yeddi qol vurub və beş məhsuldar ötürmə edib.

İdman.Biz