Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik milli komanda ilə müqaviləsini uzadıb.
Avstriya Futbol Assosiasiyasının rəsmi saytının məlumatına görə, onun yeni müqaviləsi 2028-ci ilə qədərdir.
İdman.Biz bildirir ki, 2026-cı il dünya çempionatında Avstriya J qrupunda mübarizə aparacaq. Ranqnikin komandası Argentina, Əlcəzair və İordaniya ilə qarşılaşacaq.
2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Argentina hazırkı dünya çempionudur.
